İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolda qapıların ölçüləri dəyişdirilə bilər

3763 02.01.2024 04:38 İdman A A

İtaliyalı sabiq qapıçı Canluici Buffon maraqlı təklif irəli sürüb.

Veteran qolkiper futbolda qapıların ölçüsünün dəyişdirilməli olduğunu deyib. Onun sözlərinə görə, qapıçıların boyu uzun olduğu üçün uzaqdan zərbələrin əksəriyyəti qolla nəticələnmir:

“Bu barədə düşünməyə başlaya bilərik. Ötən gün qohumlarımla, həyat yoldaşımla bu haqda danışırdım. 1998-ci ildə A Seriyasının ən uzun boylu beş futbolçusundan biri idim. Keçən mövsüm "Parma"da oynayanda ən uzunboylu oyunçuların beşliyində qərarlaşmışdım. Qapının ölçüsü 1875-ci ildə müəyyən edilib. Həmin zamanda dövrün tələbləri nəzərə alınıb. Uzaqdan zərbələrdə qapıçının boyunun təsirini görmək olar. Sadə bir missal çəkim. 30 il əvvəl uzaqdan vurulan hər 50 zərbədən 10-u qol olurdusa, indi bu rəqəm üçdür”.

Hazırda futbolda qapıların eni 7,32, hündürlüyü isə 2,44 metrdir.

Qeyd edək ki, Canluici Buffon karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-nin formasını geyinib. O, İtaliya milli komandasının heyətində 176 oyun keçirib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR