İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçu finalda huşunu itirdi - VİDEO

664 07.01.2024 13:47 İdman A A

Qatar Ulduzlar kubokunun final oyununda "Um-Salal"ın futbolçusu Andi Delor huşunu itirib.

Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, 32 yaşlı hücumçu "Əl-Ərəbi" ilə oyunun 16-cı dəqiqəsində özündən gedib.

Qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açan fransalı forvard həkimlərin müdaxiləsindən sonra özünə gəlib. Delor fasilədən sonra komandasının ehtiyat oyunçular skamyasında görünüb.

Oyun Andinin komandasının qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın əsas və əlavə vaxtında 4:4 hesabı qeydə alınıb. Penalti zərbələri zaman daha dəqiq olan "Um-Salal" 5:4 hesabı ilə qələbə qazanaraq, Qatar Ulduzlar kubokuna sahib çıxıb.

Qeyd edək ki, Delor Fransada "Nim", "Ayaçço", "Mets", "Tur", "Kan", "Tuluza", "Monpelye" və "Nitsa" kimi klublarda çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR