İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol dünyası üç günə iki nəhəngini İTİRDİ - FOTO

1494 08.01.2024 21:14 İdman A A

Bu gün Almaniya futbolunun "kayzer"i Frans Bekkenbauer 78 yaşında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, yanvarın 5-i isə Braziliya futbolunun əfsanəsi sayılan Mario Zaqalo 92 yaşında vəfat edib.

Qeyd etmək yerinə düşər ki, bu iki şəxsi birləşdirən ümumi cəhət həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu adı qazanmalarıdır.

Belə ki, Zaqalo Braziliya yığmasının heyətində 1958 və 1962-ci illərdə futbolçu kimi, 1970-ci ildə baş məşqçi kimi dünya çempionu olub. Frans Bekkenbauer isə Almaniya yığması ilə bu uğurları müvafiq olaraq 1974 və 1990-cı illərdə əldə edib.

Bu nailiyyəti əldə edən üçüncü şəxs isə hazırda Fransa yığmasının baş məşqçisi olan Didie Deşamdır (1998 və 2018-ci illər).

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR