İnsanlara hürriyət, millətlərə istiqlal!

Frıldaqçı dəstə başçısı yaxalandı - Bahalı həyatı ilə sosial mediada GÜNDƏM OLDU - FOTOLAR

2377 03.12.2022 18:47 Kriminal A A

Türkiyədə polislərin keçirdiyi əməliyyatda mülk sahiblərini hədəf alan dəstəyə böyük zərbə endirilib.

Musavat.com xəbər verir ki, sözügedən əməliyyat Türkiyənin Yalova şəhərində keçirilib. 

Yalova Polis İdarəsinin təşkil etdiyi əməliyyatda 26 nəfər saxlanılıb. Yalova İl Polis Şöbəsinin təşkil etdiyi əməliyyatda saxlanılanlar arasında olan dəstə başçısı R.T.-nin dəbdəbəli həyatı hər kəsi heyrətə gətirib. Vətəndaşlardan aldığı pullarla hər cür həyat yaşayan şəxsin bahalı bir sarayda sevgilisinə evlənmək təklifi etdiyi öyrənilib.

Məlum olub ki, vaxtaşırı mülklərini baha qiymətə satmaq vədi ilə vətəndaşları aldadaraq milyonlarla pul qazanan dəstənin başçısı R.T. dəbdəbəli həyat sürür. 

Hadisə ilə bağlı xeyli sayda zərərçəkən olduğu açıqlanıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR