İnsanlara hürriyət, millətlərə istiqlal!

Frenk Pallone ampluasına sadiqdir - yenə ermənilərə qahmar çıxdı

785 20.04.2023 10:55 Son xəbər A A

“Bu gün Kapitoli təpəsində biz erməni soyqırımı qurbanlarının və sağ qalanların xatirəsini yad etdik və erməni xalqının qətiyyətini bir daha təsdiqlədik".

Musavat.com xəbər verir ki, ermənilərə məxsus Teleqram kanalları bu sözləri ABŞ konqresmeni Frank Pallonenin dediyi barədə xəbər yayıblar.

Bildirilir ki, Pallone  deyib: "Bu keçmiş cinayətlərlə Laçın dəhlizinin davam edən blokadası arasında aydın paralellər var. ABŞ böhranın qarşısını almaq üçün tez hərəkət etməlidir”. 

Onu da qeyd edək ki, Frank Pallone qatı ermənipərəst konqremendir və uzun illərdir ki, ABŞ konqresində ermənilərə lobbiçilik edir, hər fürsətdə onların tərəfini tutur, ermənilərə sərf edən qanunvericilik sənədləri hazırlayır.

F.Pallonenin həyat yoldaşının erməni olduğu bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR