İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada neft emalı zavodunun işçilərinin tətili yanacaq qıtlığına səbəb olub

425 09.10.2022 17:47 Hadisə A A

Fransanın bir sıra regionlarında “Total” və “Exxon” şirkətlərinin üç neft emalı zavodunun işçiləri tətil keçirib, bundan sonra ölkədəki yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığı yaranıb.

Bu barədə “Report” “Euronews”a istinadən xəbər verir.

Qeyd olunub ki, həmkarlar ittifaqları maaşların 10% artırılmasını tələb edir və tələbləri yerinə yetirilməyənə qədər tətili dayandırmaq niyyətində deyillər.

Bildirilib ki, yanacaq qıtlığı ilə bağlı vəziyyət ölkədəki yanacaqdoldurma məntəqələrinin 20%-nə təsir edib. Fransanın ekoloji keçid naziri Kristof Beşou bildirib ki, hökumət artıq strateji ehtiyatlardan yanacaq ayırıb və bu yanacaq həftə sonu bölgələrə çatdırılacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR