İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada ərzaq inflyasiyası 20 faizə yaxınlaşır

309 02.01.2024 21:24 Dünya A A

Fransada son il yarım ərzində ərzaq məhsulları 17,9% bahalaşıb.

Musavat.com-un məlumatına görə, bu barədə “La Dépêche” qəzeti 2022-ci ilin yanvarından 2023-cü ilin avqustuna qədər olan qiymət artımlarının icmalını dərc edən milli statistika institutu “Insee”nin məlumatlarına istinadən xəbər verib.

Nəşr qeyd edir ki, çörəyin, südün və ətin qiyməti daha çox artıb. Aparıcı ərzaq mağazası şəbəkələri qiymətləri artırmağa davam etmək üçün istehsalçılar tərəfindən qoyulan şərtlərə istinad edir. Ən böyük supermarket qrupu olan “E.Leclerc”in rəhbəri Mişel-Eduard Leklerin dediyinə görə, yaxın gələcəkdə mağaza rəflərindəki ərzaq məhsullarının qiyməti daha 6-8 faiz artırıla bilər.

Yeni ilin gəlişi ilə Fransa hakimiyyəti minimum əmək haqqını 1766 avroya qədər artırıb. Eyni zamanda Fransanın aparıcı həmkarlar ittifaqı mərkəzi Ümumi Əmək Konfederasiyası (CGT) daim artan yaşayış dəyərinin fonunda əmək haqqının artım səviyyəsini son dərəcə qeyri-kafi hesab edir. CGT ölkənin bütün maaş sisteminin tam yenidən qiymətləndirilməsini tələb edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR