İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa ordusu Estoniyada “super məxfi” kəşfiyyat zabitləri hazırlayır

550 18.05.2024 13:36 Dünya A A

 

Fransa NATO-nun Estoniyadakı təlimlərinin bir hissəsi olaraq Ukraynada “faydalı” ola biləcək “fövqəladə məxfi” kəşfiyyat bölməsi hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “RTL” teleradio şirkəti məlumat yayıb.

Fransa ordusu hazırda Estoniyada 14 min NATO hərbçisinin iştirak etdiyi təlimlərə qatılıb.

Qeyd edilir ki, Fransa ordusu “Ukraynada çox faydalı olacaq yeni bölmənin bacarıqlarını yoxlamaq fürsətindən” istifadə edib. Söhbət kəşfiyyat və düşmən səngərlərinin tutulmasına cavabdeh olan FRAN dəstəsindən gedir.

“Hərbçilər real şəraitdə təlim keçir və Estoniya müttəfiqini müdafiə etməyə hazırdır”, - deyə FRAN dəstəsinin üzvlərindən biri, baş serjant Kventin əlavə edib. 

Mayın 2-də Fransa prezidenti Emmanuel Makron “The Economist” jurnalına müsahibəsində deyib ki, təmas xəttinin yarılması və ya Kiyevin müraciəti olacağı təqdirdə Avropa Ukraynaya qoşun yeritmək imkanını şübhə altına almalı olacaq.

 

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR