İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1"ə nəzarət edəcək polislərə tapşırıqlar verildi FOTO

498 22.04.2023 22:04 İdman A A

Bakıda aprelin 28-30-da baş tutacaq "Formula 1" Azərbaycan qran-prisinin təhlükəsiz şəkildə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün ictimai qaydanın və ictimai təhlükəsizliyin, xidmətin nümunəvi təşkili məqsədilə tədbirə cəlb olunacaq şəxsi heyətin sıra baxışı keçirilib, maddi-texniki təchizatın vəziyyəti yoxlanılıb.

Tapşırıqların icra vəziyyətini yoxlayan Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Vüqar Ələkbərov tədbirin yüksək təhlükəsizlik şəraitində keçirilməsi, qarşıya qoyulan tapşırıqlarla bağlı şəxsi heyəti təlimatlandırıb, əlavə göstərişləri diqqətə çatdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR