İnsanlara hürriyət, millətlərə istiqlal!

"Formula 1" Azərbaycan Qran Prisinin könüllüləri iş başında - FOTOLAR

615 12.04.2023 15:06 İdman A A

Aprelin 3-dən etibarən "Formula 1" Azərbaycan Qran Prisinin Uniforma və Akkreditasiya Mərkəzi tam gücü ilə fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, builki möhtəşəm idman tədbirinə sayılı günlər qaldığı müddətdə yarışın keçirilməsində rolu olan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri mərkəzə gələrək, akkreditasiya kartlarını, həmçinin uniformalarını əldə edə biləcəklər. 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi Mərkəz cari ilin 30 aprel tarixinədək fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək üçün cari ilin əvvəlində 10 000-dən çox namizəd qeydiyyat üçün müraciət edib. Müraciət edənlərin 1500 nəfəri yarışların təşkilinə könüllü olaraq qatılmaq fürsəti qazanıb.

Yarış əməliyyatlarına xüsusi hazırlaşan könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə Bakı Şəhər Halqası Akademiyası tərəfindən intensiv təlimlər keçirilib. Bununla da BŞH könüllüləri "Formula 1" Azərbaycan Qran Prisi 2023 çərçivəsində insan resursları, işçi qüvvəsi, media, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər mühüm istiqamətlərdə yarışın yüksək səviyyədə təşkilində müstəsna xidmət göstərəcəklər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR