İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimovadan Afət Fərmanqızına CAVAB: "Yenə yalana əl atırsan..."

1483 02.09.2023 23:50 Şou-biznes A A

"Afət Fərmanqızı, yenə də yalana əl atırsan? Sən nə zaman məhkəmədə məni udmusan, özü də üç dəfə? Bu nə zaman olub? Özün də deyirsən ki, lazımdırsa sənəd göstərim. Həmin sənədləri yay, göstər".

Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "3 məhkəmədə onu udduğunu" deyən müğənni Afət Fərmanqızına cavab olaraq deyib.

Xalq artisti müğənninin "Bakıdayam, kim isəyirsə, gəlsin, görüşək" sözlərinə isə bu cür reaksiya verib:

"Afət, əgər sən Azərbaycana keçibsənsə və heç kimin xəbəri olmayıbsa və yaxud da keçmək istəsən səni saxlamasalar, sənə qanuni cəzanı verməsələr, sən polisin gücsüzlüyünü təsdiq edəcəksən. Sən onları gözdən salırsan. Sosial şəbəkələrdə sifarişli olaraq məni söydürməyə çalışırsan. Düşünürsən ki, bununla qayadan daş qoparda biləcəksən?"

Xatırladaq ki, müğənni Afət Fərmanqızı Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimova ilə aralarında davam edən məhkəmələr barəsində bunları deyib:

"Birinci məhkəmədə mənim Rusiyadan tutularaq, məhkəməyə gətirilmə vəsatəti təmin olunmayıb. İkinci məhkəmədə əmlakıma həbs qoydurmaq istəyirdi ki, o da təmin olunmayıb. Üçüncü məhkəmədə isə ekspertiza mənim xeyrimə qərar verib. Doğrudur, məhkəmə hələ tam yekunlaşmayıb, amma son qərarlar bundan ibarətdir".

Müğənni barəsində axtarış elan olunması ilə bağlı yayılan xəbərləri də təkzib edib:

"Yazırdılar ki, guya axtarışdayam, amma Bakıdayam, kim məni axtarırsa, gəlsin, görüşək".

Xatırladaq ki, artıq uzun müddətdir Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasında məhkəmə çəkişməsi davam edir. Xalq artisti Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edib.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR