İnsanlara hürriyət, millətlərə istiqlal!

Flora Kərimova ilə Elza arasında efirdə dava - Mikrofonu çırpıb getdi - VİDEO

4398 09.01.2024 15:39 Şou-biznes A A

ARB-də bu gün efirə gedən "Elgizlə izlə" verilişində qalmaqal baş verib.

Bu dəfə Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan üz-üzə gəlib. Sənətçilərin münaqişəsinə səbəb Flora Kərimovanın Elzanın geyiminə irad tutması olub. Xalq artisti həmkarını ötən gün dəfn edilən Əməkdar artist Aygün Bəylərin vida mərasiminə şlyapa ilə getməsini qınayıb.

O, Elza Seyidcahanın libasının hüzr mərasiminə uyğun olmadığını bildirib.

Əməkdar artistin reaksiyası isə sərt olub. Elza Seyidcahan Flora Kərimovaya onun geyiminə müdaxilə etməməyi tapşırıb. Bununla da ürəyi soyumayan müğənni əlindəki mikrofonu yerə çırparaq studiyanı tərk edib. (yenisabah.az)

Həmin görüntüləri təqdim edirik:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR