İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya ruslara qarşı yeni qadağaya hazırlaşır: Helsinkidə mənzil alışı da dayandırıla bilər

557 25.11.2025 21:14 Dünya A A

Finlandiyada rusların mənzil alışı ilə bağlı təhlükəsizlik narahatlıqları böyüyür.

Musavat.com xəbər verir ki, Yle-nin araşdırmasına görə, rus saytlarında hazırda minlərlə Finlandiya mənzili satışdadır və rusiyalı alıcılar aktiv şəkildə, xüsusilə də paytaxt regionunda mənzil alırlar.

Mövcud qadağa nəyi əhatə edirdi?

Finlandiya əvvəllər ruslara torpaq və strateji ərazilərdə daşınmaz əmlak almasını qadağan etmişdi.

Amma bu qadağa yaşayış şirkətlərinin səhmləri vasitəsilə alınan mənzillərə şamil edilmirdi. Ruslar məhz bu boşluqdan istifadə edir.

Helsinki indi nə edir?

Müdafiə naziri Antti Hyäkkänen bildirib ki, hökumət vəziyyəti milli təhlükəsizlik riski kimi araşdırmağa başlayır.

Ayrı-ayrı mənzillərin özü təhlükə yaratmasa da, çox sayda mənzil yığılması artıq başqa məna daşıya bilər.

Finlandiyada Rusiya vətəndaşlarının daşınmaz əmlak üzərindən mümkün təsirlərinin genişlənməsi səbəbindən qanunların sərtləşdirilməsi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR