İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Rusiya ilə sərhədi bağlaya bilər - SƏBƏB

499 14.11.2023 17:45 Dünya A A

Finlandiya Rusiya ilə sərhəd-keçid məntəqələrində məhdudiyyət tətbiq edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, son aylar üçüncü ölkələr üzərindən sığınacaq axtaranların sayında artım müşahidə edilir. Daxili işlər naziri Mari Rantanen jurnalistlərə bildirib ki, qısa müddətdə bu rəqəm xeyli artıb.

Nazir deyib ki, Somali, Yəmən, Suriya və digər ölkələrdən gələnlərin sayında ciddi artım var:

“Rusiya hakimiyyəti sənədlərin olmamasına baxmayaraq, Finlandiyaya girişə icazə verir, bu isə qeyri-qanunidir. Birinci gündən Rusiyadan təxminən 60 nəfər sərhəddə gəlib, Rusiya rəsmiləri ilə danışıq olsa da, nəticə olmayıb. Avqustun 1-dən etibarən ümumilikdə 91 nəfər sənədləri olmasa da, sərhəddə gəlib”.
Nazirin sözlərinə görə, söhbət təkcə, sərhəd-keçid məntəqələrinin açılış saatı kimi məhdudiyyətdən deyil, məntəqələrin tamamilə bağlanması daxil, daha sərt tədbirlərdən gedə bilər.

Qeyd edək ki, NATO üzvü Finlandiyanın Rusiya ilə 1340 kilometrlik (833 mil) sərhədi var ki, bu həm də Avropa Birliyinin xarici sərhəddidir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR