İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya qapılarını Rusiyanın üzünə BAĞLADI

538 09.01.2024 19:31 Dünya A A

Finlandiyanın baş naziri Petteri Orpo yanvarın 14-dən sonra Rusiya ilə sərhəd-keçid məntəqələrinin açılmayacağını təsdiqləyib.

Musavat.com xəbər verir ki, o, bu barədə "Yle" ictimai yayımına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, qərar qəbul edərkən bir tərəfdən sərhəd və milli təhlükəsizlik məsələsini, digər tərəfdən isə Finlandiyada yaşayan rusların vəziyyətini nəzərə alıblar. 

"Hökumət qərara gəlib ki, sərhəd təhlükəsizliyi ölkəmiz üçün ən kritik məsələdir", - deyə Orpo əlavə edib.

Qeyd edək ki, Finlandiya hökuməti keçən il noyabrın 30-dan dekabrın 14-dək Rusiya Federasiyası ilə sərhəddəki bütün avtomobil buraxılış məntəqələrini bağlamaq qərarına gəlib; iki keçid məntəqəsi yenidən açılıb, lakin üçüncü ölkələrdən gələn miqrantların yenidən axını ilə əlaqədar olaraq, sərhəd 2000-ci ildə bağlanıb. 15 dekabr 2023-cü ildən 2024-cü il yanvarın 14-dək bağlanıb.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR