İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA Messi, Benzema və Mbappeni mükafatlandırma mərasiminə çağırıb

795 24.02.2023 19:36 İdman A A

FİFA 2022-ci il üçün ən yaxşı oyunçu ("The Best") mükafatının qalibinin adını gizli saxlayır.

Qol.az xəbər verir ki. mükafata namizədlər arasından finala qalanlar Lionel Messi (PSJ, Argentina ), Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzemadır ("Real", Fransa).

"Mundo Deportivo"nun məlumatına görə, FİFA hələ ki, mükafatın qalibi haqda futbolçulara məlumat verməyib. Qurum Messi, Mbappe və Benzemadan mükafatlandırma mərasiminə gəlmələrini istəyib.

Qalib fevralın 27-də Parisdə keçiriləcək mərasimdə elan olunacaq. 2021-ci il üzrə bu mükafatı Robert Levandovski qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR