İnsanlara hürriyət, millətlərə istiqlal!

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

804 10.10.2022 23:19 İdman A A

FIFA Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı qərarını ləğv edib.

"Report"un Zaqreb təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı hücumçunun futbal oynamasına qoyulan qadağa götürülüb.

Artıq bununla bağlı ali futbol qurumundan kluba müvafiq məktub daxil olub.

Qeyd edək ki, FIFA Mahir Emrelini Polşa "Legiya"sı ilə müqaviləsindəki maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Futbolçu bundan sonra sabiq komandasına olan borcunu ödəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR