İnsanlara hürriyət, millətlərə istiqlal!

FİFA-dan Trampın xahişi ilə indiyədək görünməmiş qərar – Belçikadan kəskin etiraz

1469 06.07.2026 08:00 Dünya A A

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İntizam Komitəsi Belçika ilə Dünya Kubokunun 1/8 final matçından əvvəl ABŞ milli komandasının hücumçusu Folarin Balogunun diskvalifikasiyasını ləğv edib.

Musavat.com dünya mətbuatına istinadən xəbər verir ki, bu, tarixdə ilk belə haldır.

ABŞ-ın Dünya Kubokunda ən çox qol vuran oyunçusu Balogun Bosniya və Herseqovina ilə 1/32 final matçında (2-0) qırmızı vərəqə alıb. O, müdafiəçi Tarik Muharemoviçin ayağının arxasına dirsəkləri ilə zərbə endirmişdi. Qırmızı vərəqə alan oyunçu isə növbəti oyunda iştirak hüququnu itirir.

Bazar günü The Athletic qəzeti FİFA-nın amerikalı oyunçunun diskvalifikasiyasını dayandırdığını bildirdi.

FİFA qərarın FIFA İntizam Məcəlləsinin 27-ci maddəsi olan "İntizam tədbirlərinin dayandırılması"na uyğun olaraq qəbul edildiyini açıqlayıb. Qaydalara əsasən, bir oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə əvəz olunur.

Balogun qayda pozuntusunu təkrarlayarsa, diskvalifikasiya cəzası tətbiq ediləcək.

ABŞ milli komandasının Belçika ilə 1/8 final matçı 7 iyul gecəsi keçiriləcək.

 

Kral Belçika Futbol Assosiasiyası (RBFA) açıqlama yayaraq hadisədən təəccübləndiklərini bildirib. Təşkilat FİFA-nın qərarının qaydaları pozduğunu elan edib.

FİFA İntizam Məcəlləsinin 66-cı maddəsinin 4-cü bəndində qırmızı vərəqənin 2026-cı il turnirinin bütün oyunlarında olduğu kimi, avtomatik olaraq onu alan oyunçunu növbəti oyundan kənarlaşdırdığı bildirilir.

2026-cı il Dünya Kuboku qaydalarının 10-cu maddəsinin 5-ci bəndində həmçinin qırmızı vərəqə halında oyunçu və ya komanda rəsmisinin avtomatik olaraq növbəti oyunu buraxmalı olduğu qeyd edilir.

RBFA bu qərar üçün bütün mümkün apelyasiya variantlarını araşdırdıqlarını açıqlayıb.

Reuters-in məlumatına görə, ABŞ oyunçusunun qaydalara zidd olaraq oyuna buraxılmasını FİFA prezidenti Canni İnfantinodan prezident Donald Tramp şəxsən xahiş edib. Trampın bunun üçün İnfantinoya zəng vurduğu deyilir.

Tramp özü Balogunun diskvalifikasiyasını dayandırdığına və Belçika ilə 1/8 final matçında iştirak etməsinə icazə verdiyinə görə FİFA-ya minnətdarlığını bildirib.

 

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR