İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalıdan Vahid Əhmədova sərt ittihamlar

3346 25.04.2023 11:28 Siyasət A A

Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı 23 aprel zəfərindən bəhs etdi. O bildirdi ki, cənab prezident növbəti qələbəyə imza atıb. "Kimin nə deməsindən asılı olmayaraq, bu, Azərbaycan xalqının haqq işidir" - deyən F.Ağamalı dövlət başçısına təşəkkür etdi, bütün xalqa təbrik ünvanladı.

F.Ağamalı ardınca bildirdi ki, bu yaxınlarda həmkarımız Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib. Deputatın sözlərinə görə, həmkarının sözlərindən belə çıxır ki, ölkədə həyata keçirilən sosial siyasət nəticə verməyib. F.Ağamalı qeyd etdi ki, o, siyasi partiyaların fəaliyyətinə kölgə salır. “Sizə kim bu haqqı verib ki, Milli Məclisdəkli partiyaların üzərinə bu cür böhtanla gəlirsiniz”-deputat əsəbi şəkildə sual etdi.

F.Ağamalı AXCP və Müsavatın 44 günlük müharibə dövründə imzalanan bəyanata qol çəkmədiklərini söylədi. Deputat dedi ki, V.Əhmədov Milli Məclisin legitimliyini sual altına alıb, ancaq 3 nəfərin səs alması barədə fikirlər səsləndirib. “Ona görə də İntizam komissiyasının sədr müavini kimi, onun dediklərinin İntizam komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməyinizi xahiş edirəm” - F.Ağamalı bildirdi.

Deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də V.Əhmədovun dediklərinə etirazlarını bildirdilər. E.Musayev də F.Ağamalının təklifini müdafiə edərək, spikerdən məsələni İntizam komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməklə bağlı xahişini səsləndirdi. 

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR