İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərqanə Qasımova Prezident İlham Əliyevə təşəkkür etdi - FOTO

1356 19.03.2022 14:57 Mədəniyyət A A

Xalq artisti Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova təltif edilib.

BAKU.WS xəbər verir ki, sənətçi tərəqqi medalına layiq görülüb. Əməkdar artistə medalını Mədəniyyət naziri Anar Kərimov təqdim edib.

Bu haqda Qasımova sosial şəbəkə hesabında bildirib. Xanəndə onu bu medala layiq gördüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Cənab Prezidentə bu yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. Azərbaycan Mədəniyyətini təmsil etmək böyük şərəfdir".

Qeyd edək ki, Prezidenti İlham Əliyev ötən il oktyabrın 21-də Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist Fərqanə Qasımova Alim qızı “Tərəqqi” medalına layiq görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR