İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərhad Bədəlbəyli: "Rüstəm İbrahimbəyovun simasında biz dahi insanı itirmişik"  

408 16.03.2022 13:47 Mədəniyyət A A

 

 

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Rüstəm İbrahimbəyovun vida mərasimində çıxış edib.

Xalq artisti mərhumla bağlı xatirələrini bölüşərkən qeyd edib:

"Rüstəm İbrahimbəyov dənizi sevirdi. Bağını dənizin lap yaxınlığında tikmişdi...Onun Bakıya hər gəlişi bayram idi. Rüstəm İbrahimbəyovun hər sözündə bir məna, musiqi, teatr, sənətlə bağlı öz mövqeyi var idi. Ədalətsizliyi qəbul etmir,  yaltaqlığa nifrət edirdi. Belə sənətkarları qorumaq lazımdır, çünki onlar hər an doğulmur.

Birinci xanım Mehriban Əliyeva da sosial hesabında yazdı ki, Rüstəmlə hər görüş yadda qalan idi. Bu, bizim bəzi məmurlara da bir işarə idi ki, sənətkarların dəyərini bilmək lazımdır.

Oğlu Fuada deyirəm ki, belə atanı itirmək çox ağırdır. Biz dahi insanı itirdik".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR