İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərdi evdə yanğın - 2 qadın tüstüdən zəhərlənib

273 07.05.2023 09:00 Hadisə A A

Gədəbəyin Novasaratovka kəndində fərdi evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, vətəndaşa məxsus fərdi evdə baş vermiş yanğın zamanı 2002-ci il təvəllüdlü Pəri Qarayeva və qardaşının həyat yoldaşı Nailə Qarayeva tüstüdən zəhərlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR