İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbaxça, Türkiyə kuboku ilə vidalaşdı

1004 22.04.2026 02:14 İdman A A

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları start götürüb.

Mərhələnin ilk qarşılaşmasında "Konyaspor" və "Fənərbaxça" üz-üzə gəlib.

Görüşün əsas vaxtında hesab açılmayıb və matçda uzatma dəqiqələri oynanılıb.

Əlavə olunmuş vaxtın ikinci hissəsinin son dəqiqələrində "Fənərbaxça"nın qapısına penalti zərbəsi təyin olunub. "Konyaspor"un heyətində Yevtoviç həlledici məqamda dəqiq oynayıb: 1:0.

Matç bu hesabla da bitib və "fənər" kubokla vidalaşıb.

Beləliklə, bu qələbəylə adını yarımfinala yazdıran "Konyaspor" finala vəsiqə uğrunda "Beşiktaş" - "Alanyaspor" cütünün qalibiylə oynayacaq.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR