İnsanlara hürriyət, millətlərə istiqlal!

Federasiya prezidentinin 4 milyonluq dələduzluq işi – ŞOK TƏFƏRRÜAT

806 11.06.2026 16:09 Kriminal A A

Bakı Hərbi Məhkəməsində iş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitinin dələduzluq yoluyla ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə ağır cəzalar verilməsini istəyib.

Prokurorun təklifinə əsasən, təqsirləndirilən Cavid Hüseynlinin 13 il, Seymur Məhərrəmovun 12 il, Rüstəm Qafarovun 12 il, Zaur Qurbanovun 12 il, Ceyhun Əşrəfovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi məhkəmədən xahiş olunub. Dövlət ittihamçısı həmçinin hazırda azadlıqda olan Cavid Hüseynli, Seymur Məhərrəmov və Ceyhun Əşrəfov barəsində hökm elan edilməzdən əvvəl həbs qətimkan tədbirinin seçilməsini və onların məhkəmə zalında həbs olunmasını da istəyib.

Məhkəmə baxışı növbəti iclasda müdafiə tərəfinin çıxışları ilə davam etdiriləcək. Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxslər iş adamı Quvat Beybutovu paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 968-ci məhəllədə fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə alınacağı vədi ilə aldadıblar.

İttihama görə, onlar zərərçəkmiş şəxsi inandırıblar ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazımi icazələr yüksək vəzifəli şəxslərlə əlaqələr vasitəsilə əldə ediləcək. Plana əsasən, bu məsələnin Seymur Məhərrəmovun yüksək vəzifədə çalışan tanışları vasitəsilə həll olunacağı bildirilib. Bu vədlərin qarşılığında Quvat Beybutovdan müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat məbləğində pul alındığı, lakin öhdəliklərin yerinə yetirilmədiyi aydın olub. Cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri olan Ceyhun Əşrəfov 2022-ci ilədək Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti vəzifəsini tutub. Digər təqsirləndirilən Seymur Məhərrəmovun isə əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətinin avtomobil parkında sürücü işlədiyi bildirilir.

Məhkəmənin növbəti iclasında vəkillərin müdafiə nitqləri dinləniləcək. Bundan sonra hökmün elan olunması gözlənilir.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR