İnsanlara hürriyət, millətlərə istiqlal!

FED rəhbəri: Faiz dərəcələrini artırmaqdan çəkinməyəcəyik

390 10.11.2023 11:09 Dünya A A

ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) rəhbəri Cerom Pauell, məqsədəuyğun hesab etdiyi təqdirdə rəhbərlik etdiyi qurumun faiz dərəcələrini yenidən artırmaqdan çəkinməyəcəyini deyib.

Musavat.com xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun konfransında çıxışında Pauell bildirib ki, FED ölkədə inflyasiyanın sürətinin azalmasından məmnundur, lakin hələ də faiz dərəcələrinin onu 2 faizlik hədəfinə qaytarmaq üçün kifayət qədər yüksək olduğuna əmin deyil:

"Biz bilirik ki, bizim 2 faizlik hədəfimizə doğru gələcək irəliləyişlərə zəmanət verilmir. İnflyasiya bir neçə dəfə göstərdi ki, istiqaməti dəyişə bilər".

Üçüncü rübdə ABŞ ÜDM-də sürətli artım qeydə alınıb. Bu səbəbdən FED gözləniləndən daha güclü iqtisadi artımın inflyasiyaya qarşı irəliləyişə zərbə vura biləcəyi riskini görür. Pauellin sözlərinə görə özü və həmkarlar növbəti rüblərdə iqtisadi artımın yavaşlamasını gözləyirlər, lakin buna əmin olmaq lazımdır.

FED rəhbəri bildirir ki, Amerika Mərkəzi Bankı qərarları ehtiyatla qəbul edəcək, lakin lazım gələrsə, “tərəddüd etmədən” faizləri yenidən artıracaq.
Pauellin açıqlamasına baxmayaraq, analitiklər dekabrın 12-13-də keçiriləcək iclasda FED-in uçot dərəcəsini artıracağını gözləmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR