İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafanın səhhəti ilə bağlı SON DURUM - YENİLƏNİB

2603 29.03.2023 00:22 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, sui-qəsdə məruz qalan millət vəkili əməliyyatdan çıxıb. Fazil Mustafanın Bakıdakı özəl klinikalardan birinə köçürüləcəyi bildirilir.

***

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, hadisədən sonra deputat öncə evində müayinə olunub, daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda deputat əməliyyat olunur.

Xəstəxananın qarşısında ictimai şəxslər, siyasilər toplaşıblar. 

***

Evinin qarşısında güllələnən deputat Fazil Mustafa artıq əməliyyatdan çıxıb və vəziyyəti stabildir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR