İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa il yarımdan sonra yenidən basketbol meydançasında - VİDEO

1019 23.06.2024 14:28 Ölkə A A

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa ilk yarım fasilədən sonra yenidən basketbol oynamağa başlayıb.

Musavat.com-un məlumatına görə, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Deputat ötən il hücuma məruz qalmasından sonra ilk dəfə basketbol meydançasına çıxıb. 

"Bu gün il yarım fasilədən sonra basketbola start verdim. İlk oyun qələbə və yüksək məhsuldarlıq. 101-99 hesab, 10 üçlük, 7 ikilik. Sağlam həyata alışdırın özünüzü", - Fazil Mustafa feysbuk hesabında yazıb.

Qeyd edək ki, deputat Fazil Mustafa ötən il martın 28-də saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında güllələnib. “Kalaşnikov” avtomatı ilə açılan atəş nəticəsində deputat bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Azər Səricanov, Səbuhi Şirinov, Rəşad Əhmədov, Elşad Əsgərov və Emin Əliyarov tutularaq istintaqa təhvil veriliblər. Onların hər biri təqsirləndirilən şəxs qismində tanınıb, barələrində həbs qətimkan tədbiri seçilib.

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR