İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “AŞPA marionet quruma çevrilib, kənardan idarə olunur”

514 25.01.2024 14:45 Gündəm A A

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa AŞPA-nın qərarını, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasını şərh edib.

Musavat.com-a açıqlamasında deputat bildirib ki, AŞPA-nın de-marşı gözlənilən idi.

F. Mustafanın fikrincə, bu, erməniləri qorumaq üçün, onların maraqlarını təmsil edən addım idi:

“Diqqət yetirsək, görərik ki, ilk vacib məsələ ermənilərlə bağlıdır. AŞPA seçkiyə sırf mövqeyinə görə dəvət olunmayıb. Təşkilat birbaşa erməniləri dəstəkləyən mövqe ortaya qoyub, lakin Azərbaycanın ərazinin işğala məruz qalması ilə bağlı bir dəfə də münasibət bildirməyib. AŞPA marionet quruma çevrilib, kənardan idarə olunur, gələn mesajlar müzakirə olunur. Azərbaycana hədə-qorxu gəlməklə məsələni həll etmək olmaz. Azərbaycan bu kimi hədələrin qarşısında dayansa idi, gərək Qarabağı azad etməyəydi, erməni məsələsində geri çəkiləydi. Aİ-nin nümayəndəsi Jozep Borrel də boş barel kimi istədiyini deyib, amma nəticə ki, yoxdur. Bu o demək deyil ki, biz milli maraqlarımızdan geri çəkilməliyik, ya beynəlxalq hüququn prinsiplərinə ziddi davranışa dözməliyik. Bu mümkün deyil. Biz bu məsələdə mövqeyimizi birmənalı şəkildə ortaya qoyuruq. Hər hansı təzyiqin effekti yoxdur. Azərbaycan nümayəndə heyəti fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır. Onların minnəti olsun ki, Azərbaycan orada iştirak edir. Bizim AŞPA-dan qazancımız yoxdur. Bu qurum hər zaman əleyhimizə çalışıb”.

F. Mustafa əlavə edib ki, Azərbaycan Avropa ilə əlaqəni kəsməmək üçün AŞPA ilə əməkdaşlıq edir. Əgər qarşı tərəf əməkdaşlıqda maraqlı deyilsə, Azərbaycanın edə biləcəyi heç nə yoxdur.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR