İnsanlara hürriyət, millətlərə istiqlal!

“Faiq Ağayevdən bu mövzu barədə müsahibə alsanız...” – Oktay Əliyevdən açıqlama

1406 28.03.2022 17:50 Şou-biznes A A

Dünyanın əksər ölkələrində, eləcə də qardaş Türkiyədə mədəniyyət xadimləri, kino və estrada ulduzları ictimai-siyasi hadisələrə münasibət bildirir, sosial şəbəkə hesablarında paylaşımlar edirlər. Türkiyədə tanınmış müğənnilər, rejissorlar, aktyorlar ölkədə keçirilən seçkilərlə bağlı, eləcə də dünyada baş verən hadisələrlə bağlı öz münasibətlərini bildirirlər. Amma Azərbaycanda sənət adamları, şou-biznes əhli aktual ictimai-siyasi məsələlərə dair fikirlərini izləyiciləri ilə bölüşmürlər. Hazırda bütün dünyanın, xüsusilədə Avropanın gündəmində olan Rusiya-Ukrayna müharibəsi də istisna deyil.

Bəs nəyə görə Azərbaycanlı sənət adamları siyasi mövzulara, ölkədə olan problemlərə heç bir reaksiya vermirlər, öz qəliblərindən kənara çıxmırlar?

98ceee225ce5e362d7887c52dd2de61d.jpg (57 KB)

Sosioloq Əhməd Qəşəmoğlu Musavat.com-a açıqlamasında bildirib ki, hər bir yetkin insan başa düşür ki, müharibə yaxşı hadisə deyil., ona görə də çox adam nə Rusiyanı tənqid etmək istəyir, nə də Ukraynanı: “Bir qismin siyasi biliyi onlara rəy bildirməyə imkan yaratmır. Ona görə susurlar. Səhv danışmaqdan, insanların qəzəbinə tuş gəlməkdən və tənqid olunmaqdan ehtiyyat edənlər də var. Bir qisim isə fikirlərini bildirməkdən qorxur, ümumiyyətlə, siyasətə qarışmaqdan çəkinirlər. Qorxurlar ki, fikirləri və ya səs yazıları, şərhləri müxtəlif agentliklər tərəfindən qeydə alınar, sonra problem yaşanar. Belə insanlar adətən öyrəşiblər ki, yuxarı təbəqə nə deyirsə bizim fikrimiz də odur. Şəxsi fikirləri varsa da, bildirmirlər”.

Rejissor Oqtay Əliyev şou-biznes əhlimizin bu mövzuda passiv olduğunu bildirib: “Bəli, şou-biznes əhli passivdir, amma bunu hər kəsə aid etmək olmaz. Təbii ki, istisnalar var. Məsələn, xalq artisti Faiq Ağayevdən bu mövzu barədə müsahibə alsanız, o sizə politoloq kimi kifayət qədər məlumat verəcək. Yəni kifayət qədər siyasi biliyi var. Amma böyük əksəriyyəti sadəcə vəziyyətin pis olduğunu bildirəcək. Bəzilərinin isə, demək olar ki, heç bir şeydən xəbəri yoxdur. Onların tək marağı öz işləridir. Bu da normal haldır, çünki toyların, məclislərin bağlanmasından və işsiz qalmaqdan narahatdırlar.

234.jpg (50 KB)

Bu həqiqətdir ki, Türkiyə bu məsələdə, ictimai-siyasi mühitdə daha aktivdir. Onların incəsənət adamları dünyada, əsasən də ölkələrində olan hadisələrə daha tez münasibət bildirirlər.

O ki qaldı baş verən hadisələrdən bixəbər olma hallarına, bu, təkcə ölkəmizdə deyil, xaricdə də müşahidə olunur. Məsələn, Amerikda elə şəxslər var ki, heç dövlət rəhbərlərinin kim olduğundan xəbərləri yoxdur”.- deyə o, qeyd edib.

Nərminə Aydın, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR