Haqqın.az saytına yeni rəhbər təyin edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Caliber.az saytının baş redaktoru Teymur Hüseynov gətirilib. O, Caliber-in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Eynulla Fətullayevin Haqqın.az saytını satdığı və Azərbaycandan getdiyi ilə bağlı məlumatlar yayılmışdı.






