İnsanlara hürriyət, millətlərə istiqlal!

Eybəcər davranışlı “Tiktoker” “Jalilov”un xəstəxanada olması yalanmış? – qonşusu “Allahdan qorxun!” dedi

5094 31.01.2024 13:40 Gündəm A A

Sosial şəbəkələrdə “Jalilov” profili üzərindən qalmaqallı paylaşımlar edən yeniyetmənin psixatriya xəstəxanasına yerləşdirildiyi açıqlansa da, onun küçədə gəzdiyi əks olunan videolar yayılır. İddia olunur ki, yeniyetmə Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirilsə də, orada çox qalmayıb.

Sosial media istifadəçiləri iddia edir ki, Musavat.com-a yolladıqları bu video dünən (yanvarın 30-da)günorta saatlarında çəkilib. Həmçinin yeniyetmənin “canlı” açması iddiası da var. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdi olan tiktoker məşhur ailədəndir - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsidir. Elə mərhum babası Afiyəddin Cəlilovun adını da daşıyır. Bu məqam Tiktokda eybəcər davranışlı yeniyetmə ilə bağlı müzakirələri bir qədər də qızışdırıb. Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb. 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu Zərifə Mahmudova modern.az-a deyib ki, yeniyetmə “TikTok”un qurbanıdır:

“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!”.

Musavat.com əməkdaşı yeniyetmənin yerləşdirildiyi bildirilən xəstəxananın baş həkimi İlqar Əfəndiyevlə əlaqə saxlamağa çalışıb. Əməkdaşımıza bildirilib ki, baş həkim redaksiyamızla əlaqə saxlayacaq. İlqar Əfəndiyev münaisbət bildirəcəyi təqdirdə təqdim edəcəyik.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev yeniyetmənin xəstəxanadan buraxılması barədə iddialara cavab olaraq cebhe.info-ya bildirib ki, sosial şəbəkələrdə yeni adı ilə paylaşılan görüntülər köhnədir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR