İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlilikdənkənar münasibətin faciəli sonu: Hamilə qadını...

1211 06.04.2024 17:45 Dünya A A

İsveçdə yaşayan Saqa Forsqren Elneborq onu müsəlman ailəsi ilə tanış etməkdən utanan somalili sevgilisi tərəfindən boğularaq öldürülüb.

Publika.az xəbər verir ki, 20 yaşlı 7 aylıq hamilə qadın 28 aprel 2023-cü ildə İsveçin Örebro şəhərindəki evinin yataq otağında ölü tapılıb.

Saqanın Abdirisek Ibrahim adlı sevgilisi qətldə ittiham edilib. Qətl silahının yataq otağındakı lampa şnurunun olduğu təxmin edilib.

Prokuror şübhəli şəxsin ağdərili qadınla münasibət qurmağın düzgün hesab edilmədiyi bir ailədə böyüdüyünü bildirib. Adamın ailəsinin bunu qəbul etməyəcəyini düşündüyü üçün Saqa ilə iki illik münasibətini gizlətdiyi məlum olub.

Prokuror Elisabeth Anderson deyib: "Saqanın sevgilisi Saqaya zərbələr vuraraq təzyiq altında boğaraq öldürüb. Qətl namus kontekstində törədilib, çünki kişi uşağını daşıyan qadını öldürməklə özünün və ailəsinin reputasiyasını qorumaq istəyib".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR