İnsanlara hürriyət, millətlərə istiqlal!

Evinə getdiyi qadınıı öldürüb pullarını ələ keçirmək istəyən şəxs məhkum olundu -18 il həbs

1059 19.05.2022 13:00 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Musavat.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Eynur Əlizadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü M.N. tanışı E.Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğularaq qətlə yetirilib.

Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İttiham aktına əsasən, hadisə günü E.Əlizadə yüngül həyat tərzi keçirən tanışı M.N. ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gələrək birlikdə spirtli içki qəbul edib. Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib. E.Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.

İlkin Muradov

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR