İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdəki xalçaları çirkləndirən yanğınsöndürən halallıq istədi, aldığı cavabdan şok oldu - VİDEO

1674 01.10.2022 15:36 Hadisə A A

Türkiyənin Bolu şəhərində yanğın baş verən mənzildə pişikləri çıxarmaq üçün xalçaları çirkləndirən yanğınsöndürən ev sahibindən halallıq istəyib.

Musavat.com xəbər verir ki, yanğınsöndürənin halallıq istədiyi qadın “Kaş pişiklərimi gətirsəydin, onda haqqımı halal edərdim” deyə cavab verib.

5 mərtəbəli mənzildə baş verən hadisədə yaşayış binasının qarajında ​​naməlum səbəbdən yanğın baş verib. Mənzillərini tüstü basan vətəndaşlar evlərini tərk edərək vəziyyəti yanğınsöndürənlərə çatdırıblar. Qarajda başlayan yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi ilə mənzillərə keçmədən söndürülüb.

Mənzillərdən birində yaşayan qadın yanğınsöndürmə işləri zamanı evində pişiklər olduğunu və onların vəziyyətindən narahat olduğunu bildirib və yanğınsöndürənlərdən pişiklərini yoxlamağı xahiş edib. Yanğınsöndürənlər pişikləri xilas etmək üçün çardaqdan mənzilə daxil olublar. Pişiklərin səhhətinin yaxşı olduğunu görən və onları tuta bilməyən yanğınsöndürmə qrupları əliboş aşağı eniblər.

Yanğınsöndürənlərdən pişiklərini gözləyən vətəndaşa "Pişikləriniz çox sağlamdır, tuta bilmədim, çox qorxmuşdular. Evinizdə bircə tüstü belə yoxdur, amma xalçalarınız bir az batdı", - deyə bildirib.

Yanğınsöndürənin halallıq istədiyi qadın “Kaş pişiklərimi gətirsəydin, onda haqqımı halal edərdim” deyə cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR