İnsanlara hürriyət, millətlərə istiqlal!

“Etirazçılar parlamentə basqın etmək niyyətində idilər” – Gürcüstan DİN-in iddiası

383 19.04.2024 14:27 Dünya A A

Üç gün ərzində Tbilisinin mərkəzində parlament binası yaxınlığında 40 nəfər saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu şəxslər xarici agentlər haqqında qanuna dəyişikliklərə qarşı keçirilən mitinqin iştirakçılarıdır.

Xəbər verilir ki, mitin zamanı yaranan iğtişaşlar zamanı beş polis əməkdaşı yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Gürcüstanın daxili işlər naziru Vaxtanq Qomelauri bu barədə danışaraq deyib ki, mitinq iştirakçıları parlament binasına basqın etməyi planlaşdırıblar.

“Onlar inzibati binaya soxulmağa cəhd ediblər, dövlət idarəsinin binasına basqın etmək üçün çağırışlar olub, polisi təqib edib, şifahi söyüblər. Müxalifət partiyalarının nümayəndələri xüsusilə fəal olublar, mən burada ad çəkməyəcəm”, - deyə nazir parlamentdə bildirib.

Xatırladaq ki, Gürcüstanın paytaxtında mitinqlər hakimiyyət orqanlarının xarici agentlər haqqında qanuna dəyişikliklərə yenidən baxılacağını elan etməsindən sonra keçirilir. Dəyişikliklər parlament tərəfindən 2023-cü ilin yazında təqdim edilib, lakin kütləvi etirazlardan sonra sənəd geri götürülüb. Qanuna edilən yeni dəyişikliklərdə “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici dövlətin maraqlarını güdən təşkilat” ifadəsi tətbiq edilir.

Gürcüstan parlamenti aprelin 17-də düzəlişləri birinci oxunuşda təsdiqləyib, bundan sonra Tbilisidə etirazlar daha da artıb. Gürcüstan prezidenti Salome Zurabişvili qanun layihəsini “birbaşa təxribat, Rusiyanın sabitliyi pozmaq strategiyası” adlandırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR