İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniyanın baş naziri: “Heç də bütün müttəfiqləri Ukraynanın qələbəsini istəmir”

539 20.05.2024 13:50 Dünya A A

Heç də Kiyevin bütün müttəfiqləri Rusiya ilə münaqişədə Ukraynanın qələbə qazanmasını istəmir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas bu məsələ ilə bağlı narahatlığını bildirib.

“Financial Times” qəzetinə müsahibəsində o qeyd edib ki, bir sıra digər ölkələr kimi, Estoniya da Ukraynanın qalib gəlməsini istəyir. Eyni zamanda, başqaları ölkənin sadəcə “uduzmamasını” istəyir. Baş nazirin sözlərinə görə, Ukraynanın uduzmasının qarşısının alınmasının zəruriliyi ilə bağlı bəyanatlar və Kiyevin tam qələbəsi ilə bağlı bəyanatlar eyni deyil.

Kallas vurğulayıb ki, Ukraynada əcnəbi təlimatçılar arasında itkilər Qərb ölkələri ilə Rusiya arasında müharibəyə səbəb olmayacaq.

“Təsəvvür edə bilmirəm ki, Ukraynada kimsə yaralansa, ora öz qoşunlarını göndərənlər deyəcəklər: Bu, NATO-nun 5-ci maddəsidir. Gəlin Rusiyanı bombalayaq. Bu, belə olmayacaq”, - deyə o, əminliyini ifadə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR