İnsanlara hürriyət, millətlərə istiqlal!

Eşkroft Baydeni HƏDƏLƏDİ: "Prosesə başlamağa hazıram"

940 07.01.2024 02:50 Dünya A A

Missuri ştatının dövlət katibi Cey Eşkroft ABŞ prezidenti Co Baydeni demokratların praymerizlərində iştirakdan kənarlaşdırmaqla hədələyib.

Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Ali məhkəmə Baydenin rəqibi Donald Trampın adını Kolorado və Men ştatlarında Respublikaçıların seçki bülleteninə qaytarmasa, Eşkroft prosesə başlamağa hazırdır. Bu, hazırkı dövlət başçısının prezidentlik yarışında iştirakının qarşısını alacaq.

"Kolorado və Men ştatlarında baş verənlər biabırçılıqdır və respublikamızın təməllərini sarsıdır. Dövlət katibləri işə qarışacaq və yeni qanun standartının Trumpa və Baydenə eyni dərəcədə tətbiq olunmasını təmin edəcəklər", - o elan edib.

Dekabrda Kolorado Ali Məhkəməsi keçmiş Amerika liderinin 2024-cü ildə prezidentliyə namizədliyi üçün Respublikaçılar Partiyasından namizədlər üçün keçirilən yerli seçkilərdə iştirakını qadağan edib.

Məhkəmə bu qərarı verərkən ABŞ Konstitusiyasına edilən 14-cü Düzəlişin 3-cü bölməsinə istinad edib ki, bu da qiyamda iştirak edənlərin ən yüksək dövlət vəzifəsini tutmasını qadağan edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR