İnsanlara hürriyət, millətlərə istiqlal!

"Eşitdiyimə görə, Musa yaxşı oğlan və yaxşı futbolçudur"

1217 20.07.2023 13:18 İdman A A

"Yurqorden"in yarımmüdafiəçisi Oliver Berq yeni komanda yoldaşı, millimizin forvardı Musa Qurbanlı haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, "Fotbollskanalen"ə danışan isveçli Musa barədə xoş fikirlər səsləndirib:

"Çox güman ki, ikimiz də meydanda olsaq, bir addım geri çəkilib, Qurbanlının arxasında oynamalıyam. Qarşımda doqquz nömrə olanda mənə də xoşdur.

Musa ilə tanışlıq maraqlı olacaq. Eşitdiyimə görə, o, yaxşı oğlandır, həm də yaxşı futbolçudur.

Düşünürəm ki, cərimə meydançasında daim aktivlik göstərən, “eybəcər” toplara can atan “doqquzluğ”un olması bizim üçün faydalıdır.

Daim şansları gözləyən hücumçunun olması komandaya və mənə fayda verəcək".

Norveçli futbolçu qışda “Kalmar”dan “Yurqorden”ə keçib. Bundan əvvəl o, “Odd”, “Dalkurd”, “Sundsvall” komandalarında çıxış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR