İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir düşən əsgərin anasının halı pisləşdi

1333 01.05.2023 19:49 Hadisə A A

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən əsir düşən əsgər Hüseyn Axundovun anası Şəlalə Axundovanın vəziyyəti ağırlaşıb.

Əsgərin anası ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza Hüseynin bacısı Mətanət Axundova cavab verdi. O, Musavat.com-a bildirdi ki, əsir əsgərimiz Hüseyn Axundovdan heç bir xəbər gəlmədiyindən anasının səhhəti getdikcə pisləşir. 

“4-5 gündür vəziyyəti belədir, bu gün isə halı daha da pisləşib. Qardaşımdan xəbər ala bilmirik deyə, bu da anama çox pis təsir edir. Həkimlər hələlik yataq rejimində qalmasını tövsiyə edirlər. Demək olar ki, iynə-dərmanla güclə ayaqda saxlamağa çalışırıq. Həm qardaşıma, həm də anama görə çox narahatıq”.

Əsir hərbçimizin ailə üzvləri aidiyyəti qurumlardan tezliklə Hüseyn Axundov barədə xəbər gələcəyinə ümid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR