İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərimizə işgəncədə həm də onların əli var!

2438 14.04.2023 17:01 Yazarlar A A

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq Ermənistan ərazisinə keçən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan Təhlükəsizlik Xidmətinə təhvil verilib. Ermənistan hərbçilərimizin üzərinə ağır ittihamlar atıb, onları cəzalandırmaq niyyətindədir, ilk gündən bunun simptomlarını görməkdəyik.

İki gün əvvəl Zəngəzur mis-molibden zavodunun 57 yaşlı müvafizəçisinin qətlində Azərbaycan ordusunu günahlandırmaq istədilər. Ermənistan İstintaq Komitəsi Qafanda törədilən qətldə azərbaycanlıların iştirakının olmadığını deyəndən sonra saxtakar ermənilər iddia etdilər ki, həmin şəxsi Qafana keçən Azərbaycan əsgəri qətlə yetirib. Hətta iddia etdilər ki, mühafizəçinin telefonu əsgərin üstündə tapılıb. Sonra kimsə çıxıb dedi ki, telefon çox uzaq ərazidə, çöllükdə aşkarlanıb. Göründüyü kimi, canfəşanlıq edirlər ki, hava şəraiti səbəbindən yolu-izi itirən iki hərbçini ağır cəzalandırsınlar. Bunu o qədər alçaqlıqla, şərəfsizcəsinə edirlər ki, elə bil bir daha nə bir erməni vətəndaş, nə hərbçi dumanda azıb Azərbaycan tərəfə keçəcək.

0e38e7ac318c8d61da59c7577fc93235.jpg (94 KB)

Baş verən dəhşətli işgəncə faktına yenə də beynəlxalq reaksiya yoxdur. Əksinə, Ermənistanın hay-küyündən “narahat” olur “yuxarılar”. Diqqət edin, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Şamxani ilə görüşdən sonra Laçınla həmsərhəd Dığ kəndində məlum toqquşma oldu. Anlaşma əldə edilib, “ağa”larla. Ermənilər həmin təxribatın kadrları ilə də özlərini ifşa etdilər faktiki olaraq. Maşınla onlarla danışığa gəlmiş azərbaycanlı hərbçilərə atəş açmaqla terrorçu mahiyyətlərini ortaya qoydular. Bütün dünya gördü ki, Azərbaycan hərbçiləri döyüşmək niyyətində olsa, 50 metrlikdən erməni hərbçilərin başına mərmilər yağdırar, daha durub onların yanına gəlməzdi. Amma kimə deyirsən, görün bir reaksiya varmı? Deməli, dünya “görsə də, görmədi”. Əksi olsaydı, indi baş-beynimiz getmişdi...

Armen Qriqoryan iddia edib ki, azərbaycanlı hərbçilər ilk atəş açıb. Soruşan yoxdur, elə isə niyə yaymırsınız o kadrları? Avropa İttifaqının “müşahidəçiləri” – baxmayaraq ki, son günlər ən qaynar nöqtə məhz Gorusun Dığ kəndi idi – həmin gün qeybə çəkilmişdilər. Bu o deməkdir ki, əvvəlcədən erməni tərəflə anlaşma olub, “biz burda yoxuq, istədiyinizi edin!” Bütün bu cinayətlərin başında duran Qriqoryan tökülən qanlara görə həm də ermənilərə cavab verməlidir. Amma hanı cavab verən? Ötən gün sentyabr döyüşlərində məhv edilən ermənilərin yaxınları Ermənistanın İstintaq Komitəsinin həyətində gecələdilər, onları adam yerinə qoyan yoxdur. Budur, Qriqoryan da Azərbaycanın yeni eskalasiyaya hazırlaşdığı barədə sərsəm iddialar səsləndirir. Təlimat verilib, yeni təxribatlarla bağlı. Araik Arutyunyan da “generallar”ını topladı başına, Qarabağda da təxribatlara əl ata bilərlər...

Həm qorxurlar, həm də qorxutmağa çalışırlar. Bu tərəfdən də Ermənistanın XİN başçısı Ararat Mirzoyan özünü Sergey Lavrova çatdırıb, Avropa İttifaqından, Amerikadan narazı qalan kimi, Rusiyaya sığınırlar. Bilirlər ki, Azərbaycanın köməksiz vəziyyətdə qalan əsgərlərinə verilən işgəncə, elə Dığdakı yalquzaqsayağı alçaq hücumun cavabı sərt olacaq... Mütləq olacaq, kimin qucağında otursalar, xeyri yoxdur!

Xüsusilə də Azərbaycan hərbçisinə dəhşətli işgəncələr verib, bunu videoya çəkmək və paylaşmaq erməni faşizminin iç üzünün növbəti dəfə açılması idi. Əlləri bağlanmış, döyülərək, yerə uzadılmış, köməksiz vəziyyətdə olan adamın ağzına təpiklə zərbələr vurulur. Sual olunur ki, ermənilər bu vəhşiliyi niyə sosial şəbəkədə tirajlayıblar, məqsədləri nə olub? Bununla özlərini ifşa ediblər, bəli. Amma bunlar ifşa olunmaqdan zövq alıblar həmişə. Serj Sərkisyanın Xocalı etirafı yadınızdadırmı? Sitat: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar”. Azərbaycan hərbçisinə işgəncə verib, bunu videoya çəkmək və yaymaqla həmin faşist erməni Sərkisyanın kursunu davam etdirib. Bilə-bilə ki, əsgərimiz nə bir cinayət törədib, nə hansısa erməninin toyuğuna daş atıb, özü də silahsız. Bu yolla xof yaratmaq istəyirlər ordumuzda, vətəndaşlarımızda, əsgər valideynlərində... Bəlkə elə bu işgəncə də düşünülüb, ayrı-ayrı oyunçular tərəfindən, təkcə erməninin özfəaliyyəti deyil. İstəyirlər ki, Azərbaycan da erməninin başını kəssin, yaysın, ortalıq yenidən qarışsın və onlar da “vasitəçi” kimi peyda olsunlar. Yoxsa harda ölmüşdülər Avropa İttifaqının Qafandakı müşahidəçiləri?! Bu işgəncədə onların da əli var, dolayı, ya birbaşa... İki illik gəliblər, həmişəlik qalmaq istəyirlər. Savaş bitsə, kimə lazımdırlar?! Bu işgəncədə Ermənistandakı rus səgərlərinin də əli var: qulaqlarının dibində baş verib, “oyanmayıblar”. Səbəbi bəlli, istəmirlər bitsin bu düşmənçilik, ədavət!

Ara Sukiasyan (soyadı əməlinə tam uyğun gəlir-E.P.) bildirib ki, əllərini bağladıqdan sonra əsgərimizin üst-başını axtarıblar. “Əlində silah yox idi, üstündə sadə otvyorka, bir neçə patron və dəftər var idi…” Özləri də etiraf edirlər ki, silahsız olub, kiməsə təhlükə törətməyib, hətta açıq şəkildə yoluyla gedirmiş, geri qayıtmağa yol axtarırmış. Amma bütün bunlara baxmayaraq, ona qarşı bu qədər şərəfsizcəsinə davranıblar.

Digər hərbçimizlə necə rəftar ediblər, hələ bilinmir. Amma bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mövqeyi adamın heysiyatına toxunur. Azərbaycan hərbçilərinə işgəncə kadrları yayılan saatlarda BQXK-nin Azərbaycandakı “hərbi əsirlər”ə baş çəkdiyi barədə xəbərlər tirajlandı. Dəhşətlər Qafanda, Qarakilsədə yaşanır, Qızıl Xaç Bakıdakı ermənilərin yanına qaçır. Anlamaq olmur, bu, nə siyasət, nə yanaşma? Bəlkə adında Xaç olduğuna görə?.. Budur, nəhayət, məlumat yayılıb ki, məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. Qurumun nümayəndəsi “məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”. “Rəftar” göz önündə, gözləyirlər ki, hərbçilərimizi öldürsünlər, sonra baş çəksinlər?!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR