İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgəranda atəş səsləri - Rusiyadan toponimlərimizə növbəti HƏQARƏT

1378 01.05.2023 20:53 Son xəbər A A

Qarabağın Əsgəran qəsəbəsində Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, kontingentin komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfi ilə birlikdə araşdırma aparır.

Rusiya MN növbəti dəfə “Dağlıq Qarabağ” yarlığından istifadə edib, həmçinin Xocalı rayonunun Əsgəran qəsəbəsini “Əsgəran rayonu” kimi təqdim edib. Azərbaycan toponimlərinin təhrif olunması bununla bitməyib. Bülletendə Xankəndi şəhəri yenə “Stepanakert” kimi təqdim olunub. Bildirilir ki, sülhməramlılar “həmçinin Stepanakertə 156 ton humanitar yük, o cümlədən 23 tonu “Biz birik” çoxmillətli fonddan çatdırıblar”.

Görünür, Azərbaycan yeni komandana və Rusiya MN-ə xəbərdarlıq etməli olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR