İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla İranın regiondakı hədəfi: Laçın və Qubadlıya hücum planı necə ifşa olunub?

1038 16.02.2023 13:23 Siyasət A A

Molla rejimi bütün xəyanət resurslarını işə salıb. Azərbaycana açıq-aşkar vurduğu zərbələr bir yana, Güney Azərbaycandakı soydaşlarımıza da divan tutur. Dillərində "Allah" deyib, qəlblərində şeytan bəsləyən mollalar insanlığa zidd əxlaq sərgiləyirlər. Politoloq İlyas Hüseynov Publika.az saytına müsahibəsində Tehran respublikasının xəyanətkar siyasətinin məram və məqsədi haqda danışıb.

– İlyas müəllim, Azərbaycan-İran münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra İran tərəfi istintaq aparmaq, terrorçunu və sifarişçiləri cəzalandırmaq əvəzinə, təəssüflər olsun ki, terrorçunu himayə etmək yolunu tutdu. Yasin Hüseynzadənin psixi xəstə olması diaqnozu qoyuldu, eyni zamanda ardınca Azərbaycanın Xarici İşlər Nazirliyi keçirdiyi brifinqdə yeni videokadrlar nümayiş etdirdi. Bu videokadrlarda aydın görünür ki, səfirlik binasına soxulan həmin şəxsin zərərsizləşdirilməsi həyata keçiriləndə - Vasif Tağıyev bu qəhrəmanlığı icra etdikdə, səfirlik binasına polis avtomobili yaxınlaşır və sonra bu binanı tərk edir. Hətta səfirlik binası qarşısında olan polis nəfəri də ona buranı tərk etmək lazım olduğunu deyir. Yəni terror hücumu kifayət qədər planlaşdırılmışdı və polisin də bu məsələdən xəbəri var idi. Bu, kadrlarda da öz təsdiqini tapır. Amma bu plan icra olunmadıqdan sonra Türkiyədə baş vermiş zəlzələ hadisəsi fonunda – dövlətin, fəsadların aradan qaldırılması ilə məşğul olduğu bir dövrdə İran və Ermənistan çox xaincəsinə Azərbaycan ərazilərinə, xüsusilə Laçın və Qubadlı rayonları ərazilərinə soxularaq, burada qabaqcadan düşünülmüş, İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində olan etnik azərbaycanlıları diversiya hərəkətlərinə cəlb etməklə çox xain bir hücum planı həyata keçirəcəkdilər. Bunun nəticəsində həm də Azərbaycanı beynəlxalq səviyyədə qınamaq üçün Ermənistan ərazisində olan Avropa İttifaqının mülki missiyası da işə cəlb olunacaqdı. Bu plan Azərbaycan xüsusi xidmət orqanları tərəfindən uğurla ifşa olundu və bu proses də elə başlamamış aradan qaldırıldı.

Bunun ardınca, biz gördük ki, İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zahuri çıxışında Azərbaycanı təhdid etdi və regionda İrana mane olan dövlətin üzünə şillə tutuzdura biləcəkləri açıqlamasını verdi. Məlumdur ki, bu, Azərbaycana ünvanlanmış çox sərt təhdiddir. Azərbaycan bu mesajları diqqətlə incələyir, təhlil edir. Çünki artıq hərbi ritorikanın həm də diplomatın dilindən eşidilməsi tamamilə yolverilməzdir. Biz hərbçilərin, din xadimlərinin, siyasi rəhbərlikdə olan şəxslərin regional təhlükəsizliyə təhdid törədən, iqtisadi əməkdaşlığın qarşısını alan fikirlərini görmüşdürk. Eyni zamanda, həm də Ermənistandakı İran səfiri qeyd etdi ki, biz bu regionda hansısa dəhlizin açılmasına icazə verməyəcəyik.

Məlumdur ki, artıq İran və Ermənistan birgə fəaliyyət göstərir, birgə fəaliyyətləri koordinasiya olunur, hətta bu fəaliyyətə hərbi əməkdaşlığın da əlavə olunması həm də regional sabitliyə mənfi təsir göstərə bilər. Eyni zamanda biz artıq səfirliyimizə edilən qanlı terror hücumundan sonra İranla bütün diplomatik münasibətləri kəsmişik və diplomatlarımızın sağlamlığı və təhlükəsizliyini ən ön planda tuturuq. Digər tərəfdən biz artıq müxtəlif mənbələrdə, xüsusən Qərb mənbələrində görürük ki, İranla Azərbaycan arasında hərbi ssenari müqayisə edilir, hərbi qarşıdurma ehtimalları güclənib. Bu, təbii ki, qəbulolunmaz bir ssenaridir. Azərbaycan tərəfi hələ də məsələlərin siyasi, dinc,diplomatik yollarla həll edilməsinin tərəfdarıdır. Hətta diplomatik nümayəndəliyimizin bərpa olunması da nəzərdən keçirilə bilər, ancaq təəssüf ki, Ermənistan İranı arxasına almaqla regionda sabitliyi pozmaq və İranın hərbi potensialından öz maraqları üçün istifadə etməyə çalışır. Bunu əvvəl Rusiyanın timsalında edirdi, bu gün isə açıq şəkildə İran tərəfə meyillənir və Ermənistan İran vasitəsilə regionda qazanclı çıxmaq niyyəti güdür. Düşünürəm ki, bu planlar da həyata keçirilməyəcək, amma bu gün açıq etiraf etməliyik ki, İran-Azərbaycan münasibətləri müstəqillik dövrümüzün ən soyuq və gərgin dövrünü yaşayır.

– Yəni, bu cür qiymətləndirmə mümkündür? İndiki gərginlik 2000-ci illərin əvvəlindəki gərginliklə də müqayisə oluna bilməz? Bu, artıq gərginliyin yeni fazasıdır, elə deyilmi?

 

– Xəzər hövzəsində, eyni zamanda eləcə də regionumuzda təhlükəsizliklə bağlı çox gərgin anların yaşandığı bir dövrdə - 2000-ci illərdə “Türk şahinləri” Azərbaycan səmasına gəldi və Türkiyə öz gücünü, varlığını, qardaşlığını, dostluğunu dosta-düşmənə nümayiş etdirdi. Bundan sonra İranın təhdidləri kəsildi. Mənə elə gəlir ki, bu gün artıq gərginliyin yeni bir mərhələsidir. Biz gərginliklər silsiləsinin şahidiyik və bu təhdid dolu açıqlamalar, atmacalar, sərhədlərimiz boyunca keçirilən hərbi təlimlər, Qarabağ ərazisinə göndərilən diversantlar və digər bu kimi neqativ hallar gərginliyin çoxşaxəli olduğunu və müxtəlif maraqların toqquşduğunu da nümayiş etdirir. Düşünürəm ki, yaranmış bu çətinliklər və getdikcə çətinliyə salınan düyünlərin açıqlaması böyük zaman və diplomatik resurs aparacaq.

– Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələdən sonra zərər çəkən azərbaycanlılara münasibət məsələsinə də toxunmağınızı istərdik...

– Xoyda olan soydaşlarımıza biganəlik, hərəkətsizlik və hərəkətlərin edilməsinin də qarşısının alınması təəssüf doğurur və İranın teokratik rejiminin nə qədər repressiv olduğunu üzə çıxarır. Çünki Türkiyə və Azərbaycan hələ ilk çağlarda yardım əllərini uzatmağa hazır olduqlarını bildirdi. Lakin bu yardımı geri çevirdilər, ondan imtina etdilər. Digər tərəfdən bizim Xoyda olan soydaşlarımız evlərindən məhrum olublar, soyuq hava şəraitində yay çadırlarında qalırlar, bəzilərinə heç çadır da verilmir. Ona görə də bu, bizim gərgin durumda olan soydaşlarımıza münasibətdə İranın iç üzünü də nümayiş etdirir. Biz zatən əvvəldən də bilirdik ki, laqeyd münasibət var. Lakin onlar bu gün çarəsiz vəziyyətdədirlər. İran Azərbaycan tərəfindən ediləcək yardımları da təhlükə kimi nəzərdən keçirir. Sanki biz onlara yardım etsək, siyasi-ideoloji cəhətdən Azərbaycana meyillənəcəklər. Bu da İran tərəfindən təhlükə kimi qiymətləndirilir. Amma ortada insanlıq faciəsi, molla hakimiyyətinin olduqca qərəzlili, ikili siması, selektiv yanaşması və məkrli duruşu var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR