İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “xəstə” XİN başçısı - gülünc ittiham FOTO

852 13.07.2023 18:40 Region A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tviterdə Qarabağda yaşayan iki uşağın - 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü haqqında yazıb. O, gülünc və absurd şəkildə Azərbaycanı ittiham edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Mirzoyan hadisənin Qarabağ ermənilərinin “blokadasının nəticəsi” olduğunu vurğulayıb.

“Laçın dəhlizinin 7 aylıq blokadası və Dağlıq Qarabağın tam blokadası insanların həyatına dönməz və sarsıdıcı təsir göstərir. Dağlıq Qarabağ sakinləri olan 3 yaşlı Leo və 6 yaşlı Qitanın ölümü ciddi humanitar vəziyyətin nəticəsidir. 21-ci əsr. Buna dözmək mümkün deyil”, - Mirzoyan uşaqların fotolarını yerləşdirərək yazıb.

Azərbaycan və Ermənistan arasında danışıqların intensivləşdiyi bir məqamda Ermənistan XİN rəhbərinin “xəstə” yanaşması rəsmi İrəvanın münasibətlərin normallaşmasına tərəfdar olmadığını göstərir.

Qeyd edək ki, Xocavənddə yaşayan ailənin itkin düşən uşaqlarının meyitləri Ağdərə şəhərindəki avtomobillərdən birində aşkarlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR