İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sürücülük vəsiqəsi Rusiyada tanınacaqmı? – Müzakirə

369 09.01.2024 14:05 Dünya A A

Moskva və İrəvan Ermənistanda verilmiş sürücülük vəsiqələrinin Rusiyada tanınması məsələsini müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” agentliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Departamentin məlumatına görə, bu məsələ “ikitərəfli müzakirələrin gündəliyindədir”.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, Moskva və İrəvan Ermənistan vətəndaşlarının Rusiya Federasiyasında ticarət fəaliyyəti ilə məşğul olmaq üçün nəqliyyat vasitələrini idarə etmək hüquqlarını tənzimləyərkən bu ifadəyə əhəmiyyət verirlər.

2023-cü il oktyabrın sonunda Dövlət Duması Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün sürücülük vəsiqəsinin tanınması məsələsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb. Palatanın spikeri Vyaçeslav Volodin qeyd edib ki, Ermənistan əlavə üstünlüklər ala bilər. Lakin respublika rəhbərliyi rus dilinin statusunu möhkəmləndirmək üçün heç bir tədbir görməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR