İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanın səsi çoxdan alınıb, çığır-bağırına əhəmiyyət verən olmayacaq”-Partiya sədri

544 16.12.2022 20:20 Region A A

“Sülh müqaviləsinin bağlanacağına dair iddialara həmişə şübhə ilə yanaşmışam. Bir daha bildirirəm ki, yaxın vaxtda belə sənədin imzalanacağı ehtimalı azdır. Çünki bu müqavilənin imzalanmasında Azərbaycandan başqa maraqlı tərəf yoxdur”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Qeyd edib ki, Rusiya sülh danışıqlarından situasiyanı nəzarətdə saxlamaq, ABŞ regiona giriş imkanlarını əldə etmək, Ermənistan isə əlverişli şərait yetişənə qədər vaxt qazanmaq məqsədi güdür: “Ona görə də biz özümüzü sülh prosesinə ümidlərlə aldatmamalı, birinci dərəcəli hədəflərimizə çatmağa çalışmalıyıq. Bu hədəflər hansı ad və ya formada olur-olsun, Laçın dəhlizinin nəzarətə götürülməsi və Xankəndində hakimiyyətimizin bərpa olunmasından ibarətdir”.

Gözlənilən yüksək səviyyəli görüşlərə gəldikdə, A.Nağı bildirdi ki, bunun bizə hər hansı ziyanı yoxdur: “İkinci Qarabağ müharibəsindən əvvəl bu görüşlər Ermənistana sərf edirdi, bu görüşlərdə Azərbaycanın “reallıqla” hesablaşdırmağa çalışırdılar. İndi biz qalib durumda olduğumuza görə hər bu cür görüşdən əks proses üçün istifadə edə bilərik. Format məsələsinə də baxıla bilər. Hazırda proseslər iki müstəqil formatda gedir, onları birləşdirmək məntiqli olardı”.

A.Nağı hesab edir ki, faktiki olaraq, ABŞ danışıqlardan bir qədər kənarda qalıb, amma əsasən, Avropa İttifaqı vasitəsi ilə iştirakını təmin edir: “Ona görə də Avropa İttifaqı, Rusiya və Azərbaycan-Ermənistan formatını reallaşdırmaq olar. Rusiya Birgə Monitorinq Mərkəzinə razılıq verməklə Türkiyənin proseslərdə iştirakına etiraz etmədiyini göstərib. Avropa İttifaqının da ciddi etirazı müşahidə olunmayıb. Ermənistan hay-küy salacaq , amma səsi çoxdan alınıb, çığır-bağırına əhəmiyyət verən olmayacaq. İstənilən halda, Azərbaycan bu danışıqlarda iştirak etməli, müxtəlif formatları nəzərdən keçirməli, amma ümidlərini də danışıqlara bağlamamalıdır”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR