İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Rusiya və Ukraynadakı səfirləri arasında mübahisə yaranıb

740 30.12.2022 19:05 Region A A

Ermənistanın Rusiya və Ukraynadakı səfirləri arasında mübahisə yaranıb.

“Report” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, İrəvanın Kiyevdəki səfiri Vladimir Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyana təcili olaraq Ukraynanı dəstəkləməyi məsləhət görüb. Onun sözlərinə görə, bir neçə aya Ukrayna qələbə qazanacaq.

Karapetyanın çıxışı Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı özündən çıxarıb: “Mən xəstələrin burada çıxış etməməsini xahiş edərdim”. O əlavə edib ki, Rusiya heç bir halda məğlub olmayacaq: “Hadisələr belə inkişaf edərsə, Rusiya nüvə silahından istifadə edəcək”.

Qeyd edək ki, V.Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. 2002-ci ildə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam imzalayıb. 2020-ci ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri təyin edilib. Vaqarşak Arutyunyan 2020-ci il noyabrın 20-dən 2021-ci il iyulun 20-dək müdafiə naziri işləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR