İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın maliyyə naziri ölkə biznesmenlərinə "süd verən inək" dedi, Paşinyan guya səhvini düzəltdi- Rəzil durum

831 12.01.2023 16:24 Region A A


Ermənistan hökumətinin bu ilin yanvarın 12-də keçirilən iclasında iqtisadiyyat naziri Vahan Kerobyan ER-in “Fəaliyyət barədə məlumat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarına dəyişikliklərin təsdiqi ilə bağlı layihə təqdim edib.

Musavat.com yerli mediaya istinadən xəbər verir ki, Paşinyan hökuməti bununla biznes mühitinin yaxşılaşdırılmasına ümid edir.

 “Əlbəttə, biznes mühiti qeyri-maddidir, ona toxunmaq olmaz, amma bizim fikrimizcə, bir müddət sonra bizə süd verən inəyə çevriləcək. Və fikrimizcə, bir çox şirkətin Ermənistana gəlməsi də belə yaxşı biznes mühitinin nəticəsidir”, - Kerobyan bildirib.

Nikol Paşinyan isə nazirinin səhvini düzəltməyə çalışıb. “Bizim biznes mühitimiz pul inəyindən daha çox süd verən anaya bənzəyir. Gəlin, vergi ödəyicilərimiz haqqında düzgün danışaq... Fikriniz pis deyil, razıyam, amma sözlər estetik baxımdan çox da yaxşı səslənmir”,-deyə Ermənistan baş naziri söyləyib.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR