İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın dövlət borcu açıqlanıb

1401 29.09.2023 14:06 Region A A

Bu il sentyabrın 1-nə olan məlumata görə, Ermənistanın dövlət borcu 11 milyard 395,1 milyon dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Bildirilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9, 2022-ci il dekabrın 21-i ilə müqayisədə isə 5,4 faiz çoxdur.

Qeyd olunub ki, hökumətin borcu isə 10 milyard 844,1 milyon dollar olub.

Xarici borcun 91 faizi Ermənistan hökumətinin, 9 faizi isə Mərkəzi Bankın borcudur. Xarici və hökumət kreditlərinin ən böyük hissəsi Dünya Bankının payına düşür. Ermənistanın ikinci ən böyük kreditoru 18,8 faizlə Asiya İnkişaf Bankıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR