İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanı kənardan və daxildən yeyəcəklər” - XƏBƏRDARLIQ 

705 17.07.2024 13:31 Son xəbər A A

“Şəhərin bir yerində işıq, bir yerində su yoxdur, küçələr dağıdılıb, ən gur yolayrıcları heç bir tənzimləmə olmadan saatlarla davam edir. Ölkə idarəolunmaz hala gəlib”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü, revanşist ekspert Vahe Hovhannisyan feysbuk səhifəsində yazıb.

“Azərbaycan sərt tələblər irəli sürür, ABŞ deyir ki, çətin kompromislər olmalıdır. Bu şərtlər altında dövlət rəsmiləri məzuniyyətə çıxırlar. Paşinyanın yeganə iş fəaliyyəti isə velosiped sürməkdir. İctimaiyyətə vəziyyəti düzəltmək və ölkəni nəzarətə qaytarmaq üçün aydın, yeni proqram təqdim edilməlidir. Yoxsa Ermənistanı kənardan və daxildən yeyəcəklər”, - deyə Hovhannisyan qeyd edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR