İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan SON DƏQİQƏ sərhəd AÇIQLAMASI: Bu, müharibəyə səbəb olacaq! - "CANLI DEBAT"

2284 06.04.2024 13:23 Siyasət A A

Ermənistan XİN açıqlama yayıb: "İrəvanın regionda vəziyyətin gərginləşdirilməsində maraqlı olmadığını bir daha bəyan edir və Azərbaycanı vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətləri dayandırmağa çağırırıq".

Bundan başqa, Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni və kiçikmiqyaslı müharibə baş verə bilər - Sergey Markov.

Rusiyalı politoloq hesab edir ki, buna Paşinyanın son addımları səbəb ola bilər.

"Paşinyan Brüsseldə çox uğurlu görüşlər keçirdi. ABŞ və Avropa İttifaqı tərəfindən Ermənistana çox böyük hərbi yardım ayrılacaq. Bu elan olunan kimi Azərbaycanla sərhəddə gərginlik artmağa başladı. Ermənistan Ukraynanın yolu ilə gedir? Ya onu bu yola təhrik edirlər? Ona görə də bir çoxları hesab edir ki, bu gərginlik kiçikmiqyaslı toqquşmaya gətirib çıxara bilər".

Ermənistanın Azərbaycanla sülh danışıqlarını dalana dirəyən addımları və Qərbin ona fəal dəstəyi regionda gərginliyin artması ilə müşayiət olunur. Bir neçə gündür şərti sərhəddə atəşkəs pozulub. Rəsmi Bakı xəbərdarlıq edir ki, ABŞ və Avropa İttifaqının Ermənistanı silahlı forposta çevirməsi gələcəkdə çox ciddi mənfi nəticələrə gətirib çıxaracaq. Bununla Qərbin himayəsi ilə Cənubi Qafqazda daha bir təhlükə mənbəyi yaradılır.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda aprelin 5-də Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulduğu bildirilir. "Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub", - məlumatda qeyd olunur.

Bu arada Nazirlik sosial şəbəkə hesablarında komando bölmələrinin təlimlərinin video kadrlarını yayımlayıb. “Hazırda komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir. Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir”, - Müdafiə Nazirliyi bildirir.

Bu gün səhər Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq aprelin 5-dən 6-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulduğunu iddia edib. Məlumatda o da qeyd olunur ki, şərti sərhəddə Azərbaycan silahlı qüvvələrinə məxsus texnikanın aktiv hərəkətini müşahidə ediblər.

“Ermənistan Silahlı Qüvvələrinin bölmələri vəziyyəti qiymətləndirərək, vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq addımlar atmayıb, bundan sonra sərhəddə vəziyyət sakitləşib”, - məlumatda bildirilir.

Bu gün Ermənistan Xarici İşlər Nazirliyi də Azərbaycanı ittiham edən bəyanat yayıb. Qurum Azərbaycanı “vəziyyəti gərginləşdirməyə yönəlmiş” hərəkətləri dayandırmağa çağırır və Ermənistanın regionda vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayır.

Bu və gündəmdəki aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR